Samuxda 3 tondan çox çətənə məhv edildi

13:18 16.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Samuxda yabanı halda bitən 3 ton 100 kq çətənə bitkisi məhv edilib.

 

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

 

Məlumata görə, Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının "Xaş-xaş 2024" planına uyğun olaraq keçirdikləri tədbirlərlə rayonun Ziyadlı kəndi ərazisində yabanı halda bitən 3 ton 100 kq 4 950 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.